Bakı. Trend:
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Cavad kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Bildirilib ki, ümumi çəkisi 2 ton 250 kiloqram olan 2635 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.