...

Voleybol millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq

İdman Materials 16 Avqust 2025 10:12 (UTC +04:00)
Voleybol millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşacaq.

Trend xəbər verir ki, Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq. Görüşü serbiyalı Stanislava Simic və türkiyəli Seçkin Yener idarə edəcəklər.

Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamız digər 3 qarşılaşmada məğlub olub. Yarışın formatına uyğun olaraq qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

16 avqust 2025 (Azərbaycan)
18:00. Azərbaycan - Avstriya
Ünvan: GİN-in Voleybol Mərkəzi

Keçirilmiş oyunların nəticələri

13 avqust 2025 (Belçika)

Belçika - Azərbaycan (25:13, 25:9, 25:13)

17 avqust 2024 (Avstriya)

Avstriya - Azərbaycan 3:0 (25:16, 25:23, 25:14)
24 avqust 2024 (Azərbaycan)
Azərbaycan - Belçika 0:3 (17:25, 12:25, 19:25)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti