...

İlk 7 ayda əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib

Cəmiyyət Materials 16 Avqust 2025 10:53 (UTC +04:00)
İlk 7 ayda əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 83 min reabilitasiya vasitəsi verilib.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, onlardan 5 mini təkərli oturacaq (o cümlədən, 45-i mühərrikli təkərli oturacaq), 1,5 mini aşağı və yuxarı ətraf protezi, 3,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin, əlilliyi olan şəxslərə 6,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 344 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 7 ayında əlilliyi olan 9,5 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti