...

Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə 729 tikiliyə ciddi ziyan dəyib

Dünya xəbərləri Materials 16 Avqust 2025 13:07 (UTC +04:00)
Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə 729 tikiliyə ciddi ziyan dəyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində dəyən zərərin hesablanması işləri başa çatıb. Hesablamalara əsasən yeraltı təkanlar nəticəsində ümumilikdə 729 tikilinin ağır zədələ aldığı müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, yeraltı təkanlar zamanı Balıkesirdə 624 tikili, zəlzələdən təsirlənən Manisada isə 105 tikili ağır zədələnib.

Nazir qeyd edib ki, ağır zədələnmiş binalar vaxt itirilmədən söküləcək və yenidən tikinti işlərinə başlanılacaq. ilkin mərhələdə Sındırgıda may ayında inşası başa çatdırılaraq 100 evin istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti