Bakı. Trend:
Kamçatkadakı Klyuçevskoy vulkanı şənbə günü 6,5 km hündürlüyə kül sütunu atıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti bildirib.
"Kül sütunu şimal-şərq istiqamətində Berinq dənizinə doğru yayılır", - deyə qeyd olunub.
Qeyd olunub ki, hazırda kül düşməsi qeydə alınmayıb.
Klyuçevskoy vulkanına narıncı aviasiya təhlükə kodu verildi.