Bakı.Trend:
Qusar şəhərində kafedə barmeni döyən şəxs 6 ay müddətə azadlıqdan məhrum edilib.
Trend-in məlumatına görə, hadisə təqsirləndirilən şəxs əlavə pivə sifariş etdikdə bitməsi səbəbindən baş verib.
Belə ki, təqsirləndirilən şəxs toy məclisindən çıxıb, sərxoş vəziyyətdə kafeyə gələrək 4 bakal pivə içib. Daha sonra əlavə 1 bakal pivə sifariş edib. Pivə qurtardığı üçün bakal tam dolmayıb. Bu səbəbdən kafenin barmeni digər bakaldan pivəni onun bakalına süzərək verib. Barmenin bu hərəkəti təqsirləndirilən şəxsi əsəbləşdirib. Sonra yumruqla onun sifətinə vuraraq ona xəsarət yetirib.
Qusar rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.