Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.