...

Ebereçi Eze “Tottenhem”ə keçməyə yaxındır

İdman Materials 17 Avqust 2025 05:44 (UTC +04:00)

Bakı. Trend:

Ebereçi Eze “Tottenhem”ə keçməyə yaxındır.

Trend xəbər verir ki, “The Independent”in məlumatına görə, London təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisinin transferi ilə bağlı razılığa gəlmək üzrədir. Müqavilənin 55 milyon funt-sterlinq təşkil edəcəyi, həmçinin bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.

Daha əvvəl futbolçunun “qartallara” komandadan ayrılmaq istədiyini söylədiyi məlum olmuşdu.

Qeyd edək ki, ötən mövsüm Eze İngiltərə Premyer Liqasında 34 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti