...

Dövlət Sərhəd Xidmətinin Aparatının damında baş vermiş yanğın ilə əlaqədar DSX və FHN-nin birgə məlumatı

Hadisə Materials 17 Avqust 2025 05:29 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin Aparatının damında baş vermiş yanğın ilə əlaqədar DSX və FHN-nin birgə məlumatı

Bakı. Trend:

Avqust ayının 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermişdir.

Trend xəbər verir ki, DSX və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumata görə, DSX-nin şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın ocağı qısa zamanda söndürülmüşdür.

Hadisə nəticəsində binaya ciddi ziyan dəyməmiş, şəxsi heyət arasında xəsarət alan olmamışdır.

Xəbər lenti

Xəbər lenti