...

Premyer Liqa klubu futbolçu ilə 5 illik müqavilə imzaladı

İdman Materials 17 Avqust 2025 04:11 (UTC +04:00)

Bakı. Trend:

Danqo Uattara “Bornmut”dan “Brentford”a keçib.

Trend xəbər verir ki, “Arılar” 23 yaşlı vingerin transferini klub tarixində rekord məbləğə rəsmiləşdirib. Tərəflər 5 illik müqavilə imzalayıb, əlavə olaraq 1 mövsüm uzadılma imkanı da nəzərdə tutulub.

“Brentford” Burkina-Faso millisinin üzvü üçün 37 milyon funt-sterlinq ödəyəcək. Bundan başqa, 5 milyon funt bonus da şərtlərə daxildir.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Uattara 32 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti