...

Böyük Britaniyada meşə yanğınları baş verib

Dünya xəbərləri Materials 17 Avqust 2025 01:36 (UTC +04:00)
Böyük Britaniyada meşə yanğınları baş verib

Bakı. Trend:

İspaniya və Portuqaliyada davam edən meşə yanğınlarının tüstüsü Böyük Britaniyanın cənub bölgələrinə qədər yayılıb.

Trend xəbər verir ki, Böyük Britaniyanın Meteorologiya İdarəsi (“Met Office”) yanğınlardan qalxan tüstünün Biskay körfəzi üzərindən keçərək İngiltərənin cənub-qərbinə və İrlandiyanın bəzi hissələrinə çatdığını təsdiqləyib.

Meteoroloq Kreyq Snell bildirib ki, son iki gündə tüstü İberiya yarımadasından şimala doğru hərəkət edib. Ancaq o bildirib ki, tüstü Böyük Britaniyada hava keyfiyyətinə ciddi təsir göstərməyəcək. Mütəxəssis əlavə edib ki, tüstünün yaxın günlərdə Uels və Şimali İngiltərənin bəzi bölgələrinə də yayıla biləcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti