...

Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina edib

Dünya xəbərləri Materials 16 Avqust 2025 21:47 (UTC +04:00)
Zelenski sülh müqabilində Donbası Rusiyaya verməkdən imtina edib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması qarşılığında bütün Donbasın Rusiyaya verilməsi təklifini rədd edib.

Trend xəbər verir ki, "Reuters" bu barədə ABŞ Prezidenti Donald Tramp və Zelenski arasında, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirilən görüşdən sonrakı söhbətə istinadla yazır.

Agentliyin mənbəsinin bildirdiyinə görə, Rusiya lideri Trampla dünənki danışıqlar zamanı Kiyev qüvvələrinin bütün Donetsk vilayətini verməsi halında cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Zelenski isə bu tələbi qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti