...

Gürcüstanın xarici ticarət dövriyyəsi 14,2 milyard dollara çatıb

Dünya xəbərləri Materials 17 Avqust 2025 04:58 (UTC +04:00)
Gürcüstanın xarici ticarət dövriyyəsi 14,2 milyard dollara çatıb

Bakı. Trend:

Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 14,2 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidmətinin saytında məlumat verilib.

Bildirilib ki, hesabat dövründə ölkəyə 10,3 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib ki, bu da 2024-cü ilin yeddi ayının göstəricisindən təxminən 11 faiz çoxdur.

İxracın həcmi isə 3,8 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yeddi ayı ilə müqayisədə 9 faiz çoxdur.

Gürcüstanın xarici ticarət dövriyyəsində 6,5 milyard 6,5 dollar mənfi saldo yaranıb. Bu da ötən ilin analoji göstəricisindən 11,9 faiz çoxdur.

2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 8 faiz artaraq 23,4 milyard dollar təşkil edib.

Ötən il Gürcüstan məhsulları 6,6 milyard dollar həcmində ixrac edilib ki, bu da 2023-cü illə müqayisədə demək olar, 8 faiz çoxdur.

2024-cü ildə ölkəyə 16,8 milyard dollar dəyərində məhsul idxal edilib ki, bu da 2023-cü illə müqayisədə 8,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti