...

Almaniyada Superkubokunun sahibi bəlli oldu

İdman Materials 17 Avqust 2025 00:56 (UTC +04:00)

Bakı. Trend:

"Bavariya" Almaniya Superkubokunun sahibi olub.

Trend xəbər verir ki, Vensan Kompaninin komandası “Ştutqart”ı 2:1 hesabı ilə məğlub edib.Münhen klubu bu titulu sonuncu dəfə 2022-ci ildə əldə etmişdi. 2023-cü ildə “Leyptsiq”ə 0:3 hesabı ilə uduzmuş, 2024-cü ildə isə ümumiyyətlə Superkubok oyununda iştirak etməmişdi.

Ümumilikdə, “Bavariya”nın Superkubokda11 qələbəsi var. Bu, ölkə üzrə rekord göstəricidir. Həmçinin, komanda 7 dəfə Superkubokda məğlub olub. Hər iki göstəricidə ikinci yerdə Dortmund “Borussiya”sı qərarlaşıb (6 qələbə və 6 məğlubiyyət).

Xəbər lenti

Xəbər lenti