...

ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır - Merts

Dünya xəbərləri Materials 16 Avqust 2025 21:09 (UTC +04:00)
ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır - Merts
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Avropa ölkələri ilə birlikdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.

Kansler vurğulayıb ki, "ABŞ bu cür təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazırdır və məsuliyyəti yalnız avropalıların üzərinə qoymur".

O həmçinin qeyd edib ki, avropalılar da uzunmüddətli perspektivdə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verməlidirlər.

Merts əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin, Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş mümkün qədər tez keçirilməlidir.

Xatırladaq ki, avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Prezidentlər Putin və Tramp arasında görüş baş tutub.

Xəbər lenti

Xəbər lenti