Bakı. Trend:
"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer etmək istəyir.
Trend xəbər verir ki, London təmsilçisi braziliyalı vinger üçün onun klubuna 60 milyon avroluq rəsmi təklif göndərib. Bu barədə "Globo Esporte" məlumat yayıb.
"Mançester Siti" bu təklifi rədd edib. "Tottenhem" daha yüksək məbləğlə 21 yaşlı ön xətt oyunçusunun klubuna müraciət edəcək.
Qeyd edək ki, "Mançester Siti" Savinyonu ötən ilin yayında Fransanın "Trua" klubundan transfer edib. Braziliya millisinin üzvü "şəhərlilər"in heyətində meydana çıxdığı 48 rəsmi matçda 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.