...

Cəlilabadda qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanılıb

Hadisə Materials 16 Avqust 2025 22:29 (UTC +04:00)
Cəlilabadda qadını qətlə yetirməkdə şübhəli bilinən qaynı saxlanılıb

Bakı. Trend:

Avqustun 16-da saat 4 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Münaqişə zəminində cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti