...

Ciorcia Meloni ABŞ və Rusiya prezidentlərinin görüşünə münasibət bildirib

Dünya xəbərləri Materials 16 Avqust 2025 23:41 (UTC +04:00)
Ciorcia Meloni ABŞ və Rusiya prezidentlərinin görüşünə münasibət bildirib

Bakı. Trend:

İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüşünü sülh yolunda mühüm addım kimi qiymətləndirib.

Trend İtaliya Nazirlər Şurasına istinadla xəbər verir ki, Ciorcia Meloni görüşü Ukraynada sülhün bərqərar olacağına ümid hesab edib.

“Sülh sazişi hələ də mürəkkəbdir, lakin mümkündür. Şərtlər və ərazilərlə bağlı yalnız Ukrayna danışıqlar apara bilər. Avropa dövlətləri danışıqlar mərhələsində Ukraynanı dəstəkləməkdə davam edəcək. Sülhə gedən yol asan deyil”, - deyə Baş nazir vurğulayıb.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani isə Romanın üçtərəfli görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti