...

Şəkidə yol qəzası olub, bir nəfər ölüb

Hadisə Materials 17 Avqust 2025 09:40 (UTC +04:00)
Şəkidə yol qəzası olub, bir nəfər ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisində keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, qəza nəticəsində Şəki rayon sakini 34 yaşlı Natiq Cəlalov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti