...

Ursula fon der Lyayen Trampla Zelenskinin görüşündə iştirak etmək niyyətindədir

Dünya xəbərləri Materials 17 Avqust 2025 14:19 (UTC +04:00)
Ursula fon der Lyayen Trampla Zelenskinin görüşündə iştirak etmək niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacam", - deyə o bildirib.

Avropa Komissiyası rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası” telekonfransı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti