Bakı. Trend:
Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb.
Trend xəbər verir ki, bunu Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov BDU-da keçirilən Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimində deyib.
O qeyd edib ki, ərəb dili vasitəsilə Azərbaycan və islam mədəniyyəti sıx inteqrasiya edilib:
"Müasir dövrdə isə bu dilin öyrənilməsi diplomatik, iqtisadi və turizm sahəsində önəmli sektora çevrilib".