...

Paşinyan kilsə ilə bağlı dediyi sözlərə görə üzr istəyib

Dünya xəbərləri Materials 18 Avqust 2025 02:57 (UTC +04:00)
Paşinyan kilsə ilə bağlı dediyi sözlərə görə üzr istəyib

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan, Erməni Apostol Kilsəsinin ruhaniləri qarşısında çıxış edərkən siyasətçiyə uyğun olmayan ifadələr işlətdiyi üçün üzr istəyib.

Trend xəbər verir ki, Paşinyan mövzu ilə bağlı açıqlamasını “Facebook” səhifəsində paylaşıb.

“Korrupsiyaya Qarşı Mübarizə Komissiyası çıxışımda iki epizod üzrə etik davranış qaydalarının pozulduğunu qeyd edib. Bəzi məqamlarda tam razı olmasam da, üzr istəyirəm”, – deyə Paşinyan bildirib.

Xəbər lenti

Xəbər lenti