...

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan büdcə vəsaiti tam istifadə olunub

İqtisadiyyat Materials 18 Avqust 2025 11:21 (UTC +04:00)
Ötən il kənd təsərrüfatı sektoruna ayrılan büdcə vəsaiti tam istifadə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsində “Kənd Təsərrüfatı” sektoru üzrə 6 icraçı təşkilat tərəfindən 7 proqram üzrə 27 tədbirin həyata keçirilməsi üçün 1,2 milyard manat məbləğində vəsait (ötən illə müqayisədə 247,0 milyon manat və ya 25,8 faiz çox) proqnozlaşdırılıb.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sektor üzrə ötən il icraçı təşkilatların sifarişləri əsasında 1,1 milyard manat (91,1 faizi) və ya proqnozda nəzərdə tutulduğundan 106,8 milyon manat az vəsait ayrılıb və tam həcmdə istifadə olunub.

Məlumata görə, eyni zamanda, proqnozlaşdırılan vəsaitin 11,3 faizi və ya 137,9 milyon manat bölüşdürülməmiş vəsait olaraq ayrılıb və tam həcmdə istifadə olunub.

Sektor üzrə vəsaitin 45,1 faizi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və strukturuna daxil olan qurumlar (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi), 40 faizi isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs tərəfindən icra olunan tədbirlərin payına düşüb.

Sektor üzrə icra göstəricilərinə əsasən 2024-cü ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artım olmuş və kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən 6,5 faiz artıb.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin 52,6 faizi heyvandarlıq sahəsinin, 47,4 faizi bitkiçilik sahəsinin payına düşüb, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5,7 faiz təşkil edib.

Sektora dövlət dəstəyi çərçivəsində 9107 kənd təsərrüfatı texnikası və avadanlığın satışı maliyyələşdirilib, 4105 fiziki və hüquqi şəxsə 75,4 milyon manat məbləğində güzəştli kredit verilib, 98,2 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti