...

Nyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 Avqust 2025 19:35 (UTC +04:00)
Nyu-Yorkda restoranda atışma nəticəsində 3 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-nin Nyu-Yorkun ştatının Bruklin şəhərindəki restoranda atışma nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "New York Post" qəzeti xəbər verib.

"Bruklin restoranının bağlanmasına az qalmış bir neçə silahlı şəxsin atəş açması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb", - deyə bildirilib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 03:30 radələrində baş verib.

Yaralananların hamısının xəstəxanaya yerləşdirildiyi bildirilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti