...

AMB bu MMC-nin lisenziyasını dayandırıb

İqtisadiyyat Materials 18 Avqust 2025 16:42 (UTC +04:00)
AMB bu MMC-nin lisenziyasını dayandırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Meta-Kapital” MMC-nin lisenziyanın qüvvəsini 1 ay müddətinə dayandırıb.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 (bir) ay müddətinə dayandırılıb", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti