...

Azərbaycannın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək

İdman Materials 18 Avqust 2025 12:35 (UTC +04:00)
Azərbaycannın boks millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yığma təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.

Heyətdə Sübhan Mamedov (50 kiloqram), Nicat Hüseynov (55 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Səidcəmşid Cəfərov (75 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Surət Qarayev (85 kiloqram), Alfonso Dominqes (90 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) yer alıblar. Komanda Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.

Toplanış avqustun 29-da yekunlaşacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti