...

Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

İdman Materials 18 Avqust 2025 13:03 (UTC +04:00)
Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu bürünc medal qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti