...

Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşüb

Dünya xəbərləri Materials 18 Avqust 2025 00:39 (UTC +04:00)
Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşüb

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-a yola düşüb.

Trend xəbər verir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak teleqram kanalında yazıb.

Qeyd edib ki, avqustun 18-də Zelenski əvvəlcə Trampla təkbətək danışıqlar aparacaq, daha sonra onlara Aİ və NATO nümayəndələri də qoşulacaq. Onların birgə işçi naharda iştirakı və geniş tərkibdə münaqişənin həllini müzakirə edəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti