...

Ağdamda vətəndaşlardan pul tələb edən şəxs həbs edilib

Hadisə Materials 17 Avqust 2025 16:38 (UTC +04:00)
Ağdamda vətəndaşlardan pul tələb edən şəxs həbs edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda bir neçə nəfərdən barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən İlhami Nəsibov polis tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, özünü sosial şəbəkələrdə fəaliyyət göstərən “Kanal-21” səhifəsinin administratoru və jurnalist kimi təqdim edən, 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə ittiham olunur.

Məhkəmə qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Nəsibovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslərin də müraciət edə biləcəyi bildirilib.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti