...

Tramp Putinlə Alyaskada danışıqları əla adlandırıb

Dünya xəbərləri Materials 17 Avqust 2025 17:57 (UTC +04:00)
Tramp Putinlə Alyaskada danışıqları əla adlandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəzi KİV-lərin onun fəaliyyəti, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi uğurlu sammiti barədə obyektiv məlumat vermədiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mənə gələn saxta xəbərlərin həqiqəti necə təhrif etməsi təəccüblüdür. Deyə biləcəyim və ya edə biləcəyim bir şey yoxdur ki, doğru yazsınlar. Mən isə Alyaskada Baydenin heç vaxt baş verməməli olan axmaq müharibəsi ilə bağlı əla görüş keçirdim!" - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti