...

Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski

Cəmiyyət Materials 18 Avqust 2025 15:18 (UTC +04:00)
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Odessadakı SOCAR neft bazasına hücumunu şərh edib.

"Bu, Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiyanın qəsdən hücumu idi. Yəni bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - V. Zelenski öz Telegram kanalında yazıb.

Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın “Shahed” pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələnib. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.

Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.

Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan ona yaxın dron buraxılıb.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti