Bakı. Trend
Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsi iki ölkə arasında mədəni iqtisadi əlaqələrin inkişafına təkan verir.
Trend xəbər verir ki, bunu Ərəb dili ayı"nın açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda, ən köklü universitet olan BDU-da "Ərəb dili ayı"nın keçirilməsi böyük təşəbbüsdür:
"Bu proqram bir çox ölkələrdə həyata keçirilir. Ümid edirəm ki, gələcək illərdə biz "Ərəb dili ayı"nın növbəti tədbirlərini keçirəcəyik. Bu, iki ölkə arasındakı əlaqələrin göstəricisidir", - deyə o əlavə edib.