Bakı. Trend:
ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gəlmək ərəfəsində deyil və razılığın əldə olunmasına hələ çox var, lakin müəyyən irəliləyiş əldə olunub.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.
"Razılaşma üçün potensial sahələrin müəyyənləşdirilməsi baxımından irəliləyiş əldə etdik, lakin bəzi əsas fikir ayrılıqları qalmaqdadır. Deməli, yolumuz hələ uzundur", - deyə o bildirib.
"Yəni, biz sülh sazişinin astanasında deyilik. Amma həqiqətən düşünürəm ki, irəliləyiş əldə olunub", - deyə dövlət katibi əlavə edib.