...

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Cəmiyyət Materials 17 Avqust 2025 12:32 (UTC +04:00)
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Bakı. Trend:

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 18-də mülayim cənub-şərq küləyi əsəcək.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +25 dərəcədən +26 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +26 dərəcədən +27 dərəcəyədək olacaq.

Xəbər lenti

Xəbər lenti