Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Kir Starmer də avqustun 18-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri arasında keçiriləcək danışıqlarda iştirak edəcək.
Trend-i məlumatına görə, bu barədə Qərb KİV-ləri Britaniya baş nazirinin mətbuat xidmətinə istinadən bildiriblər.
"Baş nazir digər Avropa liderləri ilə birlikdə danışıqların bu növbəti mərhələsini dəstəkləməyə hazırdır", - deyə qeyd olunub.
Bundan əvvəl Yelisey Sarayı Fransa prezidenti Emmanuel Makronun Tramp və Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün bir sıra digər Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcəyini açıqlamışdı.