...

Pakistanın şimalında daşqınlar nəticəsində 300-dən çox insan ölüb

Dünya xəbərləri Materials 17 Avqust 2025 12:53 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın şimalında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 351-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Geo News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, daşqınlar nəticəsində Xayber-Paxtunxvada 328, Qilqit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər ölüb.

Daşqınlar Buner, Svat, Mansehra, Bacaur və Battaqram kimi ərazilərdə evlərə, bizneslərə və infrastruktura ciddi ziyan vurub. Xayber-Paxtunxva vilayətində bir sıra ərazilər fəlakət zonası elan edilib.

Xəbər lenti

Xəbər lenti