...

Braziliya millisinin sabiq futbolçusu “Turan Tovuz”a keçib

İdman Materials 18 Avqust 2025 14:53 (UTC +04:00)
Braziliya millisinin sabiq futbolçusu “Turan Tovuz”a keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan Enrike Silva “Turan Tovuz”a keçib.

Klubdan Trend-ə verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Lion”un formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandasının üzvü olub.

Xəbər lenti

Xəbər lenti