...

Bu ilin 6 ayında verilən reklam icazələrinin sayı məlum olub

Cəmiyyət Materials 18 Avqust 2025 17:40 (UTC +04:00)
Bu ilin 6 ayında verilən reklam icazələrinin sayı məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin 6 ayı ərzində 164 429 ədəd reklam icazəsi verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, icazələrin 67 759-u Bakı ŞRİ , 96 670-i Regional idarələr üzrə verilib.

"Cari ilin ilk 6 ayı ərzində reklam yayımı dayandırlan (demontaj edilən) daşıyıcı sayı isə 20 862 ədəd olub. Onlardan 12 673-ü Bakı ŞRİ, 8 189-u isə Regional idarələr üzrə olub", - məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən ilin 1-ci rübündə ADRA-nın ərazi reklam idarələri tərəfindən 67545, ikinci rübündə isə 68442 reklamın yayımına icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti