...

Heyvan xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Cəmiyyət Materials 18 Avqust 2025 17:17 (UTC +04:00)
Heyvan xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bolqarıstanın Qırcaəli vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Smolyan, Blaqoyevqrad vilayətlərində və Mərakeşin Fes-Meknes regionunda, Xorvatiyanın Primorsko-Qoranska, Liçko-Senska, Karlovaçka, Krapinsko-Zaqorska bölgələrində isə blutanq xəstəliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınmaqla, həmin inzibati ərazi vahidlərindən müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti