...

Dünya çempionatı üçün yeni format nəzərdən keçirilir

İdman Materials 18 Avqust 2025 09:30 (UTC +04:00)
Dünya çempionatı üçün yeni format nəzərdən keçirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA rəhbərliyi klublararası dünya çempionatının formatını yenidən dəyişmək imkanını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, FIFA 2029-cu ildən başlayaraq yarışın iki ildən bir keçirilməsini və iştirakçıların sayını 32-dən 48 komandaya artırmağı düşünür. Yarışa bir ölkədən 2-dən çox klubun qatılmasına icazə verilməsi də müzakirə olunur.

Bildirilib ki, beynəlxalq təqvim onsuz da yükləndiyi üçün iyun ayında milli komandaların yoxlama oyunlarının
ləğvi ideyası var. Konkret olaraq UEFA-dan Millətlər Liqasının təqviminə düzəliş etmək tələb olunacaq.

Xatırladaq ki, 2025-ci ilin yayında ABŞ-də 32 komandanın iştirakı ilə yeni formatda keçirilən çempionatın qalibi PSJ-yə qalib gələn (3:0) "Çelsi" olub.

Xəbər lenti

Xəbər lenti