...

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı

Hadisə Materials 18 Avqust 2025 12:10 (UTC +04:00)
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanıldı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti