Bakı. Trend:
26 iyun – 16 avqust tarixlərində yağan güclü yağışların yaratdığı sel və torpaq sürüşmələri səbəbindən Pakistanda 645 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) məlumat yayıb.
Ölkədə təsirini göstərən güclü musson yağışları yeni dağıntılara yol açıb. Ölənlərin sayı artmaqda davam etdiyindən, səlahiyyətli qurum növbəti açıqlama verməli olub.
Xatırladaq ki, ötən cümə və şənbə günlərində baş verən təbii fəlakətlər zamanı azı 351 nəfərin həlak olduğu, xilasedicilərin dağıntılar altından cəsədləri çıxarmaq üçün işlərini davam etdirdiyi bildirilib.