Bakı. Trend:
Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb.
Trend xəbər verir ki, bu barədə respublikanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində bir pilot və bir sərnişin ölüb.
Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.