Bakı.Trend:
Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti dəfə hücum edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.
SOCAR-ın yanacaqdoldurma məntəqəsininin "Şahed" dronu ilə vurulduğu bildirilib.
Bildiririk ki, material dərc olunan zaman redaksiya SOCAR-a rəsmi sorğu göndərərək əlavə şərh istəyib. Xəbər dərc olunan zaman şirkətdən hələ ki, cavab alınmayıb.