Bakı. Trend:
Azərbaycanın 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur.
Trend xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli BDU-da keçirilən Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın açılış məraisimində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dil mədəni və elmi nailiyyətlərə səbəb olub və hazırda dünyada ən çox istifadə edilən dillərdəndir:
"Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biri oldu. Bu, onun gücünü, nüfuzunu və bəşəriyyət arasında geniş yayılmasını göstəricisidir.
Bu gün burada – Kral Salman Beynəlxalq Ərəb Dili Mərkəzinin təşkil etdiyi və Bakı Dövlət Universiteti ilə Avrasiya Universitetinin ev sahibliyi etdiyi Ərəb Dili Ayı – Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun yayılması və gözəlliyinin müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir.
Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək", - səfir qeyd edib.