...

“Elmlər Akademiyası” metro stansiyasının qarşısında svetoforlara piyada bölmələri quraşdırılıb

Cəmiyyət Materials 18 Avqust 2025 10:32 (UTC +04:00)
“Elmlər Akademiyası” metro stansiyasının qarşısında svetoforlara piyada bölmələri quraşdırılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“Elmlər Akademiyası” metro stansiyasının qarşısında piyadaların təhlükə ilə üzləşdiyi kəsişmədə svetoforlara piyada bölmələri quraşdırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, tədbirlər zamanı Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd svetofora yeni piyada bölmələri quraşdırılıb. Bununla da, metronun “Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.

Bildirilib ki, həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada svetoforu quraşdırılıb.

Qeyd edilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri hissələrin yeni svetofor və bölmələrlə təmin edilməsi işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti