...

Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik olunub

Gündəm Materials 18 Avqust 2025 17:26 (UTC +04:00)
Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik olunub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Gəncə şəhərində yol hərəkətinin təşkilində dəyişiklik olunub

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət təşkil olunub.

Qeyd edilib ki, nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın mobillik imkanları və əlçatanlığı artıb. Görülən işlər çərçivəsində müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil olunub, işıqfor bölmələrində dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti