...

Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi

Cəmiyyət Materials 18 Avqust 2025 16:06 (UTC +04:00)
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 18 avqust - 1 sentyabr 2025-ci il tarixlərini əhatə edəcək.

"Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 avqust saat 16:00-dan 1 sentyabr saat 16:00-dək miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti