...

Gəncəyə yeni hərbi prokuror təyin edilib

Cəmiyyət Materials 18 Avqust 2025 15:58 (UTC +04:00)
Gəncəyə yeni hərbi prokuror təyin edilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Gəncəyə yeni hərbi prokuror təyin edilib.

Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları həyata keçirilir. İslahatlar çərçivəsində nəzəri bilik və peşə hazırlığı, həmçinin şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslər yüksək vəzifələrə təyinat alırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti