...

Prezident İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var

Siyasət Materials 18 Avqust 2025 16:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanlar var.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti